"Bayern Münhen"in prezidenti Herbert Hayner Bundesliqa klublarını çempionatı xaricdə tanıtmaq üçün yetərincə səy göstərmədiklərinə görə tənqid edib.

Offsideplus.az xəbər verir ki, 72 yaşlı funksioner bu barədə Münhen klubunun Asiya turunun sonunda danışıb. Hayner bildirib ki, beynəlxalqlaşma tək bir klubun öhdəsindən gələ biləcəyi məsələ deyil və bütün Bundesliqa birlikdə çalışmalıdır.

Onun sözlərinə görə, Münhen təmsilçisi bu yükü təkbaşına daşıya bilməz və bütün liqanın dəstəyi lazımdır.

Hayner əlavə edib ki, bu işdə yalnız bir-iki klubun deyil, bütün Bundesliqa klublarının fəal iştirakı vacibdir.

Mövsümdən sonra "Bayern Münhen"lə yanaşı, "Borussiya Dortmund" (Yaponiya) və "Leyptsiq" (Cənubi Afrika Respublikası) də xarici tura çıxıb.