"Çelsi" sağ cinah müdafiəçisi mövqeyində oyunçuların çoxluğu səbəbindən Malo Güstonu transferə çıxarıb.
Offsideplus.az xəbər verir ki, klub italiyalı müdafiəçi Marko Palestraya böyük ümidlər bəsləyir və onun üçün 50 milyon avrodan çox məbləğ ödəyib, həmçinin 2033-cü ilə qədər müqavilə imzalayıb. Bundan əlavə, zədəli olmadığı vaxtlarda komandanın əsas sağ müdafiəçisi və kapitanı Ris Ceyms olaraq qalır. Buna görə də "zadəganlar" Güstonu münasib təklif olacağı halda satmağa hazırdır.
Fransalı futbolçuya Avropanın bir neçə aparıcı klubu maraq göstərir, lakin hələ heç biri rəsmi təklif göndərməyib. Klubları ən çox narahat edən məqam "Çelsi"nin tələb etdiyi 75 milyon funt-sterlinq transfer qiymətidir. Bir çox klublar bu məbləği həddindən artıq yüksək hesab edir. Maraqlananlar arasında "Mançester Siti" də var, lakin bu klub da həmin məbləği ödəməyə hazır deyil.
Qeyd olunur ki, PSJ-nin Güstoya marağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir və Paris klubu sağ müdafiəçi mövqeyinə yeni oyunçu axtarmır. 23 yaşlı Güstoun "Çelsi" ilə müqaviləsi daha üç il qüvvədədir.


