"Nyu-York Niks" Karl-Entoni Taunsla maksimal məbləğdə müqavilə imzalamaq istəmir
Offsideplus.az xəbər verir ki, Nyu-York təmsilçisi təcrübəli mərkəz oyunçusu ilə yeni müqavilə müzakirələri aparsa da, ona maksimal məbləğ təklif etməyi planlaşdırmır. Bu barədə "The Athletic" nəşrinin eksperti Ceyms L. Edvards məlumat yayıb.
Nəzəri olaraq 30 yaşlı basketbolçu 4 illik və 272 milyon dollar dəyərində müqaviləyə iddialıdır. Xatırladaq ki, komandanın lideri Ceylen Branson da güzəştə gedərək 269 milyon əvəzinə 156,5 milyon dollarlıq (4 illik) müqavilə imzalamışdı.
Taunsun hazırkı müqaviləsi növbəti mövsüm üçün 57 milyon dollar, 2027/28 mövsümü üçün isə oyunçu opsiyası əsasında 61 milyon dollar nəzərdə tutur.
O, ötən mövsüm 75 oyunda orta hesabla 20,1 xal, 11,9 ribaund və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


