FIBA U-18 Qadınlararası Avropa Çempionatının B divizionunda mübarizə aparan Azərbaycan milli komandası növbəti matçına çıxır.

Offsideplus.az xəbər verir ki, millimiz turnirin 17–20-ci yerlər uğrunda təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniya yığması ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq və FIBA Youtube kanalı vasitəsilə canlı yayımlanacaq.