Argentinalı qapıçı Xeronimo Rulyi karyerasını "Mançester Siti"də davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu 34 yaşlı qapıçının transferi üçün "Marsel"lə prinsipial razılıq əldə edib. Müqavilənin dəyəri 3,5 milyon avro təşkil edəcək.

Rulyi cümə və ya şənbə günü İngiltərəyə yollanacaq.

Fransa klubu onun yerinə "Nitsa"nın qapıçısı Marçin Bulkanı icarəyə götürmək üçün artıq təklif göndərib.

Ötən mövsüm Liqa 1-də Rulyi 29 oyunda meydana çıxıb və 34 qol buraxıb.