İspaniyalı yarımmüdafiəçi Rodrinin agenti onun "Mançester Siti"dən ayrılaraq "Barselona"ya keçmək istədiyini təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu bu qərarını "Real Madrid" rəhbərliyinə də şəxsən çatdırıb.

Agent Pablo Barkero bildirib ki, "Real Madrid"in peşəkar münasibətinə hörmət əlaməti olaraq Rodri seçimini əvvəlcədən klubun diqqətinə çatdırıb.

Qeyd edək ki, futbolçu artıq "Barselona" ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.