Yan Diomande "RB Leypsiq"lə vidalaşıb və "Real Madrid"ə transfer olunub. Madrid klubu 19 yaşlı cinah oyunçusunu 125+15 milyon avroya heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, Diomande keçidi ilə bağlı bunları deyib:
"Mən "RB Leypsiq"ə son dərəcə minnətdaram. Klub və rəhbərlik bir il əvvəl mənə inandı, baxmayaraq ki, o zaman peşəkar səviyyədə cəmi bir neçə oyunum var idi. Onlar mənə güvəndi və özümü ən yüksək səviyyədə göstərmək imkanı verdilər. Mən Avropanın aparıcı liqalarından birində möhkəmləndim, Fil Dişi Sahili millisində yer qazandım və ölkəmi futbol üzrə dünya çempionatında təmsil etdim. Bütün bunlar "RB Leypsiq"siz mümkün olmazdı və buna görə həmişə minnətdar olacağam. "Real Madrid"ə keçid uşaqlıq arzumun gerçəkləşməsidir. Xüsusilə də, "RB Leypsiq" rəhbərliyinə təşəkkür edirəm ki, müqaviləmə baxmayaraq bu transferin baş tutmasına imkan verdilər. Azarkeşlərə də ilk gündən göstərdikləri inanılmaz dəstəyə görə təşəkkür edirəm. Sizin ehtirasınız, mənə olan inamınız və dəstəyiniz sözlə ifadə olunmaz dərəcədə mənim üçün önəmli olub. Sizə göstərdiyiniz sevgi üçün daim minnətdar olacağam. Bu gün yeni bir mərhələ başlayır. Ayrılıq heç vaxt asan olmur, amma qarşıda məni nə gözlədiyini səbirsizliklə gözləyirəm və "Leypsiq"də keçirdiyim günləri böyük qürurla xatırlayacağam. Bu klub həmişə qəlbimdə xüsusi yer tutacaq və inkişafını diqqətlə izləyəcəyəm. Kim bilir, bəlkə bir gün yenidən Çempionlar Liqasında qarşılaşarıq. Hər şey üçün təşəkkür edirəm".


