İngiltərənin sabiq futbolçusu Pol Skoulz futbolun tennisdən daha çətin idman növü olduğunu deyib.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi bu fikrini belə əsaslandırıb:
"Siz hər iki dəqiqədən bir portağal şirəsi içirsiniz. Tennisdə 50 yaşda da oynamaq mümkündür. Hətta 70 yaşda belə oynayanlar var. Futbol tennisdən qat-qat ağırdır".
Böyük Britaniyanın sabiq tennisçisi Qreq Rusedski Skoulzun fikirləri ilə razılaşmayıb. O, bu barədə bunları söyləyib:
"Futbol və tennis müqayisə olunmaz. Skoulzun dedikləri mənasızdır. Gəlin, tennis oynayaq və görək, nə qədər dözə biləcəksən. Burada daim hərəkət istiqamətini dəyişmək lazımdır və əvəzetmə yoxdur. Fiziki yük baxımından tennis daha tələbkardır. Üstəlik, tez-tez səfərlər, turnirlərdə iştirak, öz komandanı saxlamaq və maliyyələşdirmək məcburiyyəti var. Bütün bunlar tennisin daha mürəkkəb idman növü olmasına səbəb olur".


