UEFA Avrupa Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında "Beşiktaş" Çexiyanın "Hradec Kralove" klubunun qonağı olub və 1-0 hesabı ilə vacib səfər galibiyyəti əldə edib.
Offsideplus.az xəbər verir ki, bu nəticə ilə "ağ-qara" İstanbul təmsilçisi Avropa kubokları tarixindəki 100-cü galibiyyətinə imza ataraq tarixi bir uğura nail olub.
Matçın sonlarına yaxın Dango Ouattara qırmızı kart alaraq komandasını 10 nəfər saxlayıb.
10 nəfərlə mübarizə aparan "Beşiktaş" 80-ci dəqiqədə gənc ulduzu Semih Kılıçsoyun kafa zərbəsi ilə qolunu vuraraq cavab oyunu öncəsi böyük üstünlük əldə edib.
Cavab qarşılaşması 13 avqust tarixində İstanbulda - "Tüpraş Stadionu"nda keçiriləcək.


