"Mançester Siti"nin baş məşqçisi Enso Mareska "Barselona"ya keçməyə yaxın olan Rodrinin yerini doldurmaq üçün namizədini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi "Çelsi"nin 25 yaşlı argentinalı yarımmüdafiəçisi Enso Fernandesi əsas və "xəyalındakı" hədəf seçib.
O, rəhbərlikdən bu transferin tamamlanmasını istəyib. Tezliklə danışıqlar başlaya bilər.
Transfer iddialarının əsas detal və pərdəarxası məqamları:
- Mareska ilə köhnə tanışlıq: Enso Mareska "Çelsi"də işlədiyi dövrdə argentinalı ulduzla sıx münasibətlər qurub və onun taktiki baxımdan orta sahənin mərkəzində mükəmməl dayaq rolu oynaya biləcəyinə inanır.
- "Çelsi"nin sərt mövqeyi: "Çelsi" 2032-ci ilin yayına qədər müqaviləsi olan 25 yaşlı futbolçunu əsas layihəsinin ayrılmaz hissəsi hesab edir və Premyer Liqadakı birbaşa rəqibinə satmağa isti baxmır.
- Alternativ variant: "Mançester Siti" eyni zamanda "Lill"in 18 yaşlı gənc ulduzu Əyyub Buaddi variantını da masada saxlayır.



