"Barselona" öz yetirməsi Jan Virjilinin "Malyorka"dan "Brügge"yə keçidindən təxminən 4,8 milyon avro gəlir əldə edəcək.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı ispaniyalı vingerin transfer məbləği 12 milyon avro təşkil edir və bu məbləğin 40 faizi "Barselona"ya çatacaq. Bir il əvvəl "blauqrana" Virjilini "Mayorka"ya 3,5 milyon avroya satmışdı.

Beləliklə, katalon klubu ümumilikdə öz yetirməsinin satışından 8,3 milyon avro qazanacaq.

Qeyd edək ki, Jan Virjili "Barselona"nın əsas komandasında heç bir oyunda iştirak etməyib.

Virjilinin transferi uğrunda "Brügge" "Ayaks"ı qabaqlayaraq 12 milyon avro məbləğində transfer haqqını ödəyib. Əgər "Mayorka" Sequndaya düşməsəydi, kompensasiya məbləği 30 milyon avroya qədər arta bilərdi.