"Qalatasaray" serbiyalı mərkəz oyunçusu Alen Smailaqiçlə rəsmi müqavilə imzaladığını elan edib.

Offsideplus.az xəbər verir ki, son olaraq "Virtus Bolonya" forması geyinən 24 yaşlı basketbolçu NBA və Avroliqa (EuroLeague) təcrübəsinə malikdir.

Karyerasına "Beko"da başlayan Smailaqiç NBA-də "Qolden Steyt Uorriors"un heyətində çıxış edib.

Avropaya qayıtdıqdan sonra "Partizan"la ABA Liqasının, "Jalqiris"də isə Litva çempionluğunun qalibi olub.

Ötən mövsüm "Virtus Bolonya"nın heyətində Avroliqada 31 oyuna çıxan serbiyalı basketbolçu orta hesabla 7,4 xal toplayıb.