UFC-nin keçmiş yarımorta və orta çəki çempionu Aleks Pereyra karyerasını ağır çəkidə davam etdirmək istədiyini bildirib. Braziliyalı idmançı üçüncü çəki dərəcəsində də titul qazanmaq arzusunu gizlətməyib.
Offsideplus.az xəbər verir ki, Pereyra bu barədə belə deyib: "Planım ağır çəkidə qalmaqdır. Qarşıma qoyduğum əsas məqsəd budur. Bu kəməri qazanmaq istəyirəm və belə bir imkanım olacaq". Qeyd edək ki, UFC-nin son turnirində Pereyra müvəqqəti ağır çəki kəməri uğrunda döyüşdə Siril Qana məğlub olub. Bu, onun ağır çəkidə debütü üçün uğursuz nəticə ilə yadda qalıb.


