İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Barselona"ya transfer ehtimalını istisna etməyib.

Offsideplus.az xəbər verir ki, məşhur insayder Fabrizio Romano məlumatına görə, Rodri Kataloniya klubuna müqavilə şərtlərini müzakirə etməyə hazır olduğunu çatdırıb. Bildirilir ki, "Barselona" Rodrinin "Mançester Siti"yə son qərarını açıqlayacağı anadək ehtiyatlı davranır. İspaniyalı futbolçuya "Real Madrid" də maraq göstərir.