"Tottenhem"in müdafiəçisi Kristian Romero İspaniyanın "Atletiko" (Madrid) komandasına keçməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
O bildirib ki, argentinalı futbolçu ilə Madrid təmsilçisi arasında 2030-cu ilədək nəzərdə tutulan müqavilə ilə bağlı ilkin razılıq əldə olunub. Anlaşmaya əsasən, futbolçunun illik maaşı 6 milyon avro olacaq.
İngiltərə təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisi üçün 40-45 milyon avro tələb edir. Futbolçunun isə artıq komandadan ayrılmaq istədiyini rəhbərliyə bildirib.


