Tiago Almada "Atletiko" klubundan ayrılaraq "River Pleyt"ə transfer olunur.

Offsideplus.az xəbər verir ki, tərəflər transferlə bağlı şifahi razılıq əldə edib. Müqavilənin dəyəri təxminən 20 milyon avro təşkil edəcək və şəxsi razılaşma artıq təsdiqlənib. Daha əvvəl Almadanın "Flamenqo"ya keçidi də gündəmdə olub.