“Dinamo" məlum səbəblərdən zəifləyib”. 

Bu sözləri “Dinamo” - “Qarabağ” oyunu haqda Offsideplus.az-a açıqlamasında Mahmud Qurbanov deyib:

“Düşünürəm ki, cütün qalibi “Qarabağ”dır . “Dinamo” vaxtı ilə çox güclü olsa da, məlum səbəblərdən zəifləyib. Ev oyunları da nominal olur. Legionerlərinin sayı da olduqca azdıq. Əvvəlki əzəməti yoxdur, adı qalıb. “Qarabağ”ın ÇSKA ilə oyuna nisbətdə daha yaxşı oynayacaqlarını düşünürəm. Cütün taleyi iki oyunla həll olunur. Bugünkü oyunda da qələbə gözləniləndir”.

Qeyd edək ki, görüş bu gün 21:00-da start götürəcək.