"İnter Mayami"də çıxış edən Lionel Messi karyerasında 920-ci və 921-ci qollarını vurub.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı argentinalı futbolçu Liqa Kubokunun qrup mərhələsində Meksikanın "Atletiko San-Luis" klubuna qarşı keçirilən oyunda dubl edib. Qarşılaşmanın birinci hissəsində Messi 11-ci və 44-cü dəqiqələrdə fərqlənib.

O, indiyədək 1166 oyunda 921 qol və 418 məhsuldar ötürmə ilə yadda qalıb.

Onu da əlavə edək ki, Kriştiano Ronaldunun aktivində isə 1330 oyunda 976 qol və 261 assistə imza atıb.

Messinin ötən gecə vurduğu qolları sizə təqdim edirik: