UFC-nin ən yüngül çəki dərəcəsində çempion Coşua Van və sabiq çempion Aleksandre Pantoja arasında revanş döyüşü UFC 331 turnirinin əsas qarşılaşması olacaq. Turnir 20 sentyabrda Los-Ancelesdə keçiriləcək.
Offsideplus.az xəbər verir ki, bu iki döyüşçü ilk dəfə 2025-ci ilin dekabrında üz-üzə gəlib. Həmin döyüşdə Pantoja 26-cı saniyədə əlini sındırıb və texniki nokautla məğlub olaraq çempionluq kəmərini itirib.


