Mikel Arteta "Arsenal"ın baş məşqçisi kimi qarşıdakı mövsüm üçün böyük hədəflərini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Betis"lə yoxlama oyununda 1:3 hesablı məğlubiyyətdən sonra London klubunda dinastiya yaratmaq arzusunu dilə gətirib.

O bildirib: "Bu mövsüm öncəsi daha da ruhlanmışam. Bütün titullar uğrunda mübarizə aparacağıq, çünki bu bizim ambisiyamızdır. Nəyə qadir olduğumuzu bilirik. Yayda gördüyümüz bütün işin məqsədi odur ki, yenidən qalib gəlmək və bu klubda dinastiya yaratmaq üçün nə etməli olduğumuzu anlayaq. Bu, əsas məqsədimizdir".