PSJ-nin baş məşqçisi Luis Enrike "Mayorka" ilə yoxlama oyununda 0:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Enrike ilk hissənin maraqlı keçdiyini bildirib. O qeyd edib ki, ikinci qoldan sonra vəziyyət çətinləşib, lakin akademiyadan bir neçə gənc futbolçunun çıxışından razı qalıb. Məşqçi bu qarşılaşmanın əsas məqsədinin fiziki hazırlığı artırmaq olduğunu vurğulayıb və nəticənin istədikləri kimi olmadığını, lakin bunun futbolda təbii hal olduğunu deyib.
Enrike əlavə edib: "PSJ-yə qarşı oynamaq istənilən komanda üçün motivasiya mənbəyidir. Bu, bizim mövsümöncəsi hazırlığımızın ilk həftəsidir və heyətdə çoxlu akademiya üzvü var. Onların həm bacarığı, həm də mentaliteti məni sevindirdi. Üç gün sonra daha bir yoxlama oyunumuz olacaq. Yığma komandaların düşərgəsində olan futbolçularımız qayıtdıqdan sonra komandanı tam qiymətləndirə biləcəyik".


