Rumıniyada keçirilən qadınlar arasında basketbol üzrə U-18 Avropa çempionatında mübarizə davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan U-18 millisi bu gün qrup mərhələsində son oyununu keçirəcək.
Rəqib İslandiyadır. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması ilk 3 oyunda məğlub olub.


