Amerikalı döyüşçü və promouter Ceyk Pol keçmiş UFC çempionu Habib Nurmaqomedovu peşəkar MMA-ya qayıtmağa dəvət edib.

Offsideplus.az xəbər verir ki, Nyu-Yorkda keçirilən "PFL" tədbirində Pol dağıstanlı idmançıya müraciət edərək bu addımın idman tarixində dönüş nöqtəsi olacağını bildirib: "Əgər bizim üçün döyüşsən, bu idmanı əbədi dəyişəcəksən".

Nurmaqomedov isə təklifə birbaşa cavab verməsə də, sosial şəbəkədə ironik fotoxəbərdarlıqla geri dönüş ehtimalını təkzib edib: "Mənə qayıtmağı təklif edəndə üz ifadəm belə olur".

Qeyd edək ki, Habib 2020-ci ildə Castin Geycini məğlub etdikdən sonra karyerasını bitirib və dəfələrlə oktaqona dönmək niyyətində olmadığını vurğulayıb.