Türkiyə Süper Liqasının iki nəhəng klubu — "Beşiktaş" və "Fənərbağça" — "Atletiko Madrid"in hücumçusu Aleksander Sörlotu heyətinə qatmaq üçün ciddi hərəkətə keçib.
Offsideplus.az xəbər verrir ki, "Beşiktaş" 30 yaşlı norveçli forvarda mövsümlük xalis 8 milyon avro maaş təklif edib. Lakin futbolçunun düşərgəsi bu təkliflə razılaşmayaraq 10 milyon avro məvacib tələb edir.
Maliyyə şərtlərindəki fərqlə yanaşı, daha əvvəl "Trabzonspor"da da forma geyinmiş Sörlotun karyerasını Türkiyədən kənarda — Top-5 Avropa liqalarından birində sürdürməyə daha çox meyil göstərdiyi bildirilir.


