UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün keçiriləcək Danimarkanın "Orhus" və Azərbaycanın "Sabah" komandaları arasında ilk görüş planlaşdırılan vaxtda başlamayacaq.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın startı 40 dəqiqə təxirə salınıb. Beləliklə, oyun Bakı vaxtı ilə əvvəlcədən elan olunan 20:30-da deyil, 21:10-da başlayacaq.

Gecikməyə Randers şəhərində baş vermiş yol-nəqliyyat hadisəsinin səbəb olduğu tıxac gətirib. Bildirilir ki, sıxlıq üzündən komandaları stadiona aparan avtobus təyin olunan vaxtda arenaya çata bilməyib.