Yaponiyalı müdafiəçi Takehiro Tomiyasu karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu "Kristal Pelas" klubu ilə rəsmi razılıq əldə edib.

​Məlumata görə, "Ayaks"dan ayrıldıqdan sonra azad agent statusu daşıyan Tomiyasu yeni klubu ilə növbəti 48 saat ərzində rəsmi müqavilə imzalayacaq.

​Daha əvvəl "Arsenal"ın da şərəfini qorumuş universal müdafiəçi tibbi müayinədən keçdikdən sonra London təmsilçisinin heyətinə qoşulacaq.