"Atletiko"nun (Madrid) hücumçusu Xulian Alvares "Barselona"ya transferini reallaşdırmaq üçün addımlar atmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu və nümayəndələri "Barselona"nın idman direktoru Deko ilə görüşdə Madrid klubuna təzyiq göstərməyə hazır olduqlarını bildiriblər.

Alvares rəhbərliklə sakit şəkildə danışaraq "Barselona"ya keçmək arzusunu şəxsən çatdıracaq. Məqsəd qarşıdurma yaratmaq deyil, "Atletiko"nu danışıqlar masasına əyləşdirməkdir.

Əgər Madrid təmsilçisi razılıq versə, Kataloniya klubu son cəhd olaraq təklifini 100 milyon avroya çatdırmağa hazırdır.