UFC-nin yarımorta çəki döyüşçüsü Karlos Prates növbəti qarşılaşmada çempion olacağını bildirib. Braziliyalı idmançı sosial şəbəkədə Şon Bradi, Uroş Mediç və digər yarımorta çəki döyüşçülərinə səslənib.

Offsideplus.az xəbər verir ki, Prates paylaşımında bunları qeyd edib: "Bir çoxunuz – Şon Bradi, Uroş Mediç və digər yarımorta çəki döyüşçüləri – adımı tez-tez çəkirsiniz. Sakit olun, qardaşlar. Növbəti döyüşdə kəməri alacağam. Bundan sonra isə hamınızla hesablaşacağam və sizi birbaşa 'Ağrı krallığı'na göndərəcəyəm. Hazır olun. Burada şəxsi heç nə yoxdur, sadəcə işdir".

Qeyd edək ki, Karlos Prates hazırda üç qələbəlik seriyadadır. Son döyüşündə o, Cek Della Maddalena üzərində nokautla qalib gəlib.