Filadelfiya "Siksers"in ulduz mərkəz oyunçusu Joel Embiid qarşıdakı mövsümə heç bir məhdudiyyət olmadan start verəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun basketbol əməliyyatları üzrə prezidenti Mayk Gensi məlumat verib. Onun sözlərinə görə, Embiid uzun müddətdən sonra ilk dəfədir ki, yay fasiləsini tam sağlam keçirir. "Nyu-York Niks" və "Boston Seltiks"lə pley-off seriyalarında zədələrlə oynayan Embiid hazırda tam formada məşqlərə başlayıb, həftədə beş gün idman zalında çalışır və fiziki durumu əla görünür. O, bir qədər çəki də itirib və motivasiyası yüksəkdir. Qeyd edək ki, 2022/2023 mövsümündə MVP seçilən Embiid son üç çempionatda heç vaxt 39-dan çox oyunda iştirak etməyib. Ötən mövsüm o, 38 qarşılaşmada orta hesabla 26,9 xal, 7,7 ribaund və 3,9 assistla yadda qalıb.


