Stefen Karri "Qolden Steyt Uorriors"dan ayrılmaq fikrində deyil. Komandanın gələcəyi ilə bağlı suallara baxmayaraq, ulduz basketbolçu öz mövqeyini dəyişməyib.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumat verən jurnalist Nik Fridell bildirib ki, heyətdə ciddi dəyişikliklər olmasa da, Karri daim "Uorriors"da qalmaq istədiyini vurğulayıb və bölgə ilə olan bağlılığını xüsusi qeyd edib. Klubdakı mənbənin sözlərinə görə, Karri həmçinin baş menecer Mayk Danlivi və rəhbərliyin məqsədlərini yaxşı anlayır. Oyunçu ilə klub arasında komandanın gələcək inkişafı barədə dialoq uzun müddətdir davam edir.