"Milan"ın yarımmüdafiəçisi Luka Modriç 66 yaşında vəfat edən klubun əfsanəsi Franco Barezinin xatirəsindən danışıb.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı ulduz Barezini klubun əsl simvolu adlandırıb:

"Barezi 'Milan'ın ən böyük simvollarından biri, təvazökar insan və nümunəvi lider idi. Uşaqlıqda onun oyununa heyran idim. Xaraktercə ona oxşadığımı deyirlər - az danışan, lakin nümunə olan biri idi. 1994-cü il DÇ finalında menisk əməliyyatından dərhal sonra meydana çıxıb penalti vurması onun xarakterini göstərir. Bu mövsüm titulu qazanıb Franco Barezinin irsinə həsr etmək əsl arzu olardı. Bunun üçün əlimizdən gələni edəcəyik".