Luka Modriç "Milan"ın ötən mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsi barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komandasının A Seriyasında beşinci yeri tutmasını və əsas məqsədə çatmamasını təəssüf hissi ilə qeyd edib.
"Keçən il burada çox xoşbəxt idim və qayıtdığıma görə sevinirəm. Təəssüf ki, mövsümü istədiyimiz kimi başa vura bilmədik və əsas məqsədimiz – Çempionlar Liqasına düşmək – reallaşmadı. Mövsümün sonunda zədə səbəbindən komandama kömək edə bilmədiyim üçün məyus oldum. Buna görə davam etmək istədim və ümid edirəm ki, bu mövsüm daha yaxşı çıxış edəcəyik və "Milan"la qələbələr qazanacağıq" – deyə Modriç bildirib.
O, həmçinin əlavə edib:
"Burada qalmağımın əsas səbəbi klubun və azarkeşlərin sevgisini hiss etməyim oldu. Klub mənə ehtiyac duyduğunu göstərdi və bu məni sevindirir. Hələ də eyni ehtirası hiss edirəm və oyundan zövq almağa davam etmək istəyirəm. Ümid edirəm ki, bu mövsüm də "Milan"a ötən il olduğu qədər fayda verə biləcəyəm və komanda mövsümü daha yaxşı başa vuracaq. Bunu etmək üçün isə yalnız bir yol var – etdiyimiz səhvlərdən dərs çıxarmaq. "Latsio"ya məğlubiyyətə qədər çempionluq uğrunda mübarizə aparırdıq, lakin sonradan titulun çətin olacağını anlayıb bir qədər arxayınlaşdıq və Çempionlar Liqasına vəsiqəni təmin etdiyimizi düşündük. Əsas səhvimiz də bu oldu".


