Bu ilin sentyabrında Moskva şəhərində VTB Liqasının Superkuboku keçiriləcək və turnirdə beynəlxalq komandalar da yer alacaq.
Offsideplus.az xəbər verir ki, turnirdə altı komanda iştirak edəcək: VTB Vahid Liqasının 2025/26 mövsümünün yekunlarına əsasən Rusiyanın ən yaxşı dörd klubu – ÇSKA, "Uniks" (Kazan), "Lokomotiv-Kuban" və "Zenit", həmçinin Türkiyənin "Anadolu Efes" və Bosniya və Herseqovinanın "İqokea" komandaları.
İştirakçılar əvvəlcə sentyabrın 17-dən 19-dək qrup mərhələsində mübarizə aparacaqlar. Sentyabrın 20-də isə 5-ci və 3-cü yerlər uğrunda matçlar, eləcə də final qarşılaşması baş tutacaq.


