"Qolden Steyt Uorriors" heyətini gücləndirmək üçün yeni oyunçular axtarır.
Offsideplus.az xəbər verir ki,klubun rəhbərliyi ön xətti möhkəmləndirmək məqsədilə azad agent statusunda olan Kelli Olinik və Corc Nyanqın xidmətində maraqlıdır.
"Qolden Steyt"in heyətində iki boş yer qalıb. Lakin maaş büdcəsindəki məhdudiyyətlər səbəbindən klub yalnız minimum məbləğli müqavilə təklif edə bilər.
Bu üzdən rəhbərlik əsas diqqəti təcrübəli və əlçatan veteranlara yönəldib. 35 yaşlı Olinik ötən mövsüm "San Antonio"da çıxış edib və 42 oyunda orta hesabla 8,6 dəqiqə meydanda olub. 33 yaşlı Nyanq isə ayağından keçirdiyi əməliyyata görə 2025/26 mövsümünü tamamilə buraxıb.


