Niderlandlı hücumçu Coşua Zirkze "Yuventus"a transferə açıq olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, futbolçu hazırda "Mançester Yunayted"lə mümkün transferin detalları üzrə aparılan danışıqların nəticəsini gözləyir. İyulun sonunda İtaliya klubunun nümayəndələrinin Zirkze ilə bağlı sorğu göndərdiyi və transfer şərtlərini dəqiqləşdirdiyi qeyd olunub.
"Qırmızı şeytanlar" oyunçunu 35-40 milyon avro dəyərində qiymətləndirir. İngiltərə təmsilçisi ya birdəfəlik transfer, ya da məcburi satınalma şərti ilə icarə variantını nəzərdən keçirir.
Zirkze 2025/26 mövsümündə 24 oyunda 2 qol vurub.


