"Qolden Steyt Uorriors"un forvardı Draymond Qrin Jalen Bransonun 2024-cü ildə "Nyu-York Niks"lə müqaviləni uzadarkən 113 milyon dollardan imtina etməsini səhv addım hesab etdiyini bir daha vurğulayıb. Qrin bu mövqeyini ilk dəfə iki il əvvəl səsləndirib və yaxın günlərdə Coş Hartla bu barədə mübahisə aparıb.

Offsideplus.az xəbər verir ki, Qrin fikirlərini belə əsaslandırıb: "Mən demişdim ki, Jalen Branson bunu etməməli idi. Ola bilər, Coş Hart üçün bu addım məntiqlidir, amma Branson üçün yox və bu fikrimdə qalıram. Çünki Landri Şametə daha çox pul ödənilməsinə sevinirəm. Amma Landri Şamet özü də başqa komandada daha çox qazana biləcəyi halda, yayda bu komandada qalmaq üçün maaşının azaldılmasına razılaşdı. Burada heç bir irad yoxdur, sadəcə NBA-də maaş sistemi belə qurulub. Yəqin ki, Karl-Entoni Taunsun da "Niks"də qalmaq istəsə, maaşını azaltmalı olacağı barədə xəbərləri oxumusunuz. Klub rəhbərliyi Bransonun maaş endirimindən istifadə edərək, eyni tələbi növbəti oyunçulara da edə bilər. Məsələn, əgər səhv etmirəmsə, Mikael Bridces Bransonun maaş endirimindən sonra 20-30 milyon dolları itirib. Mənim demək istədiyim məhz budur. İndi isə bu qərarın domino effekti verdiyini görürük. İki il əvvəl dediyim sözlərin mənası var idi, çünki nəticədə bütün komanda daha az maaş almağa razılaşdı. Burada Bransona qarşı heç bir irad yoxdur, sadəcə həmin vaxt fikirlərimi səsləndirmişdim və bu gün də həmin fikirdəyəm."