NBA-nın əfsanəvi mərkəz oyunçusu Şakil O’Nil LeBron Ceymsin 41 yaşında karyerasını davam etdirməsinə əsas səbəbin yeni rekordlar olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, O’Nil LeBronun liqa tarixinin ən məhsuldar oyunçusu statusundan zövq aldığını və məqsədinin bu rekordu əlçatmaz etmək olduğunu deyib:

"LeBron həm təvazökar, həm də özünə güvənən biridir. O, ən çox xal toplayan oyunçu olmağından həzz alır. Mən özüm oynayanda Karimin statistikasına baxıb düşünürdüm ki, 36 min, 38 min xal – buna çatmaq mümkün deyil. Amma indi baxıram, LeBronun 45 min xalı var. O, hələ də hər oyunda orta hesabla 20 xal toplayır. Düşünürəm ki, o, 50 min xala çatana qədər oynamağa davam edəcək. Əgər daha iki il oynayıb bütün bu rekordları əlçatmaz etmək mümkündürsə, niyə bunu etməsin? Üstəlik, bu müddətdə daha bir titul qazanmağa da çalışacaq".

Qeyd edək ki, LeBron Ceyms NBA-nın müntəzəm mövsümlərində indiyədək 43 440 xal toplayıb. Bu yay ulduz basketbolçu "Filadelfiya"ya keçib.