"Şarlott Hornets"in forvardı Brendon Miller sabiq komanda yoldaşı LaMelo Bollun "Minnesota Timbervolvz"a transferinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, "Road Trippin’ Show" podkastına danışan Miller bu ayrılığın onun üçün emosional olduğunu gizlətməyib:

"İlk gündən birgə oynadığın basketbolçunun gedişi ağrılı olur. Amma bu, NBA-in bir parçasıdır. Əminəm ki, LaMelo "Minnesota"da uğurlu olacaq. Onun inkişafını, xüsusən keçən mövsüm bir lider kimi necə irəlilədiyini görmək xoş idi."

Qeyd edək ki, Miller və Ball son üç mövsümdə "Şarlott Hornets"də birgə çıxış ediblər.