UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində növbəti qarşılaşmalar baş tutub.
Offsideplus.az xəbər verir ki, keçirilən görüşlər bol qollu və gərgin mübarizə ilə yadda qalıb.
Mərhələnin ən darmadağınlı nəticəsi Xorvatiyada qeydə alınıb. "Dinamo Zaqreb" klubu rəqibi "Kauno Jalgiris" klubunu 5 cavabsız qol ilə darmadağın edərək cavab oyunu öncəsi pley-off mərhələsinin qapısını böyük ölçüdə aralayıb.
Günün ən məhsuldar və dramatik qarşılaşması isə Belçikada baş tutub. "Yunion Sent-Jilluaz" - "Budyo-Qlimt" duelində tərəflər 3:3 hesablı sülhə razılaşıblar.
Günün qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
-
"Ararat-Armeniya" 2:1 "Selye"
-
"Myellbyu" 1:2 "Slovan" (Bratislava)
-
"Levski Sofiya" 1:0 "Kayrat"
-
"Hapoel Beer-Şeva" 1:0 "Srvena Zvezda"
-
"Yunion Sent-Jilluaz" 3:3 "Budyo-Qlimt"
-
"Dinamo Zaqreb" 5:0 "Jalgiris"
-
"Olimpiakos" 0:0 "NEK Neymegen"
-
"Sparta Praqa" 2:1 "Lion"
Qeyd edək ki, bu cütlüklər arasında cavab qarşılaşmaları gələn həftə keçiriləcək və mərhələ adlayan komandaların adlarına aydınlıq gələcək.


