"Fənərbağça" klubu "Krasnodar"ın və Rusiya millisinin qapıçısı Stanislav Aqkatsevi transfer etmək istəyib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı qapıçı üçün 10 milyon avro təklif edib.

Lakin "Krasnodar" rəhbərliyi bu rəsmi təklifi qəbul etməyib. Klub Aqkatsevi yüksək qiymətləndirir və onun mümkün transferindən daha böyük məbləğ əldə etməyi planlaşdırır.

"Fənərbağça" Aqkatsevi əsas qapıçı mövqeyinə namizədlərdən biri kimi nəzərdən keçirir. Komanda hazırkı qapıçıları ilə bağlı qeyri-müəyyənlik fonunda yeni qapıçı axtarışındadır.