"Real Madrid"in və Argentina millisinin sabiq hücumçusu Xorxe Valdano Dieqo Maradona ilə münasibətlərindən danışıb.
Offsideplus.az xəbər verir ki, Valdano Maradona ilə yaxın dost olduqlarını bildirib:
"Münasibətlərimiz çox yaxşı idi, biz yaxşı dost idik. Dəfələrlə Neapola gedirdim, o isə tez-tez Madriddə məni ziyarət edirdi. Milli komandada da çox yaxın idik. Lakin bir çox insan kimi, zamanla bir qədər uzaqlaşdıq".
Valdano Maradonanı bu sonluğa aparan səbəblərdən də söz açıb:
"Onun asılılığa meyli var idi və bu, onu yolundan sapdırdı. Onu 15 yaşından ilahiləşdirirdilər, bu isə çox ağırdır. Düzünü desəm, Maradona kimi bitirmək, Messi kimi sakit və ailəsində sığınacaq tapan biri olmaqdan daha asandır. Dieqo özü də etiraf edirdi ki, asılılığı həyatını tam xaosa çevirdi. O, belə bir sonu haqq etmirdi, çox erkən dünyasını dəyişdi. Ən ağrılı paradoks isə budur ki, bütün ölkənin yas saxladığı insan təkbaşına vəfat etdi".


