"LANDAU Lions" heyətini yeni basketbolçu ilə gücləndirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, daha əvvəl "Neftçi"də çıxış etmiş Edvart Polayt yeni mövsümdə "şirlər"in heyətində çıxış edəcək.

Amerikalı basketbolçu Azərbaycan Basketbol Liqasında keçirdiyi oyunlarda orta hesabla 13.7 xal, 9 ribaund və 3.5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, E. Polayt forvard mövqeyində çıxış edir.