Bu ilin qışında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olan Nəriman Axundzadə icarə əsasında Super Liqaya yüksələn “Ərzurumspor”la anlaşıb. 

Nərimanın karyerası adına nə qədər doğru qərardır? Bu barədə futbol meneceri Emil Şükürov Offsideplus.az-a açıqlama verib: 

“Əslində MLS-də oynamaq asan deyil. Həm də “Kolambus Kryu”da öyrəşdiyi mövqedə oynamırdı. Ola bilər ki, ABŞ həyatına da tam uyğunlaşa bilməyib. MLS-dənsə, Türkiyə Super Liqasının daha doğru seçim olduğunu düşünürəm. Amma əsas heyət oyunçusu olacağı çətindir. Üzərində işləməyi lazımdır”.