UFC-nin ağır çəki üzrə yeni çempionu Siril Qan Tom Aspinall ilə döyüşdə yaşanan gözə toxunma epizoduna münasibət bildirib. Qan Aspinallın tez-tez şikayət etməsini və psixoloji baxımdan zəif olduğunu deyib.

Offsideplus.az xəbər verir ki, Siril Qan bu barədə belə danışıb: "Biz bilirdik ki, Aspinall psixoloji cəhətdən zəifdir. O, həddindən artıq çox şikayət edir. Əgər gözünə toxunublarsa, döyüşü dayandırmaq hüququn var. Əgər ağrı hiss edirsənsə, deməli, problem var. Amma onun ictimai davranışında bu qədər şişirtməyə ehtiyac yox idi, çünki sonda bu, onun əleyhinə oldu. Ayaq zərbəsi atanda əl də onun ardınca gəlir. Mən muay-taydan gəlmişəm, əlim həmişə irəlidə olur. Bu, hər həftə baş verir, amma onlar diqqəti mənə yönəldirlər: 'O, fırıldaqçıdır!' İnsanlar izahları yox, başlıqları dinləyir. Bu, döyüşlərdə mütəmadi olur – qasığa zərbə, sən aşağı zərbə vurursan, amma rəqib hərəkət edir... Belə hallar əhəmiyyətsizdir. Bu, bizim idmanımızın bir hissəsidir."

Qeyd edək ki, Siril Qan 15 noyabrda tamhüquqlu titulunu Coş Hokita qarşısında müdafiə edəcək. Daha əvvəl Aspinall göz zədəsinə görə kəməri tərk etmişdi. Qan Aleks Pereyra üzərində qələbədən sonra müvəqqəti çempion olmuşdu.