Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe uşaqlıqda Zinəddin Zidana bənzəmək üçün saç düzümünü onun kimi etdirmək istədiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Mbappe Zidana ilk futbol kumiri kimi baxdığını bildirib. "Siz deyirsiniz, onda mənim 10 yaşım var idi? Əsla! Mən daha balaca idim. Amma bəli, bu saç düzümü hekayəsi doğrudur. O yaşda insan sadəcə öz kumirinə bənzəmək istəyir, başqa heç nə düşünmür. Mənim üçün bu qəribə bir şey deyildi. Sadəcə onun kimi olmaq istəyirdim, amma saç tökülməsinin səbəbini bilmirdim. Mən qəhrəmanına bənzəməyə çalışan balaca bir oğlan idim", – deyə Mbappe vurğulayıb.