Sentyabrın 24-dən 26-dək keçiriləcək yubiley Azərbaycan Qran-Prisi yalnız treklə deyil, həm də zəngin əyləncə proqramı ilə yadda qalacaq.
Offsideplus.az xəbər verir ki, Bakı Bulvarındakı Fan-zonada azarkeşlər üçün yarış simulyatorları, təkər dəyişmə üzrə "F1 Pit-Stop" yarışı, nümayiş bolidi, çempionluq kuboku və virtual "F1 Driver Selfie" fəaliyyəti fəaliyyət göstərəcək. Yarışların qaliblərinə imzalı suvenirlər və paddok turları təqdim olunacaq.
Aktiv istirahət sevənlər üçün "Ninja Çağırışı" maneələr zolağı və ziplayn qurulacaq, azyaşlı qonaqlar üçün isə mini elektrik avtomobilləri ilə Uşaq Qran-Prisi, akvaqrim və batutlar təşkil olunacaq. Həmçinin fani-forumlarda F1 pilotları və komanda rəhbərləri ilə görüşlər keçiriləcək.
Gün ərzində ərazidə milli rəqslər, "Amarok" zərb alətləri şousu, "Mirror Dancers" və yerli DJ-lərin çıxışları baş tutacaq. Yarış günlərinin yekununda isə Bakı Kristal Zalında böyük konsertlər təşkil olunacaq: sentyabrın 24-də Kalvin Harris, sentyabrın 25-də isə Keti Perri səhnə alacaq.


