"Udineze" zəngin karyeraya sahib olan David Alaba ilə razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, İtaliya klubu "Real Madrid"in keçmiş müdafiəçisi ilə şifahi razılığa gəlib. Avstriyalı ulduz futbolçu Udine təmsilçisi üçün əsas transfer hədəflərindən biri hesab olunurdu.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Sövdələşmənin rəsmiləşməsi və keçidin yekunlaşması üçün tərəflər arasında son hüquqi prosedurların tamamlanması gözlənilir.
Qeyd edək ki, karyerası boyunca bir çox titul qazanan Alaba 4 dəfə Çempionlar Liqasının qalibi olub.


