"Red Bull" komandası İzak Hajarın 2027-ci il mövsümündə də komandada qalacağını və Maks Ferstappenin komanda yoldaşı kimi çıxış etməyə davam edəcəyini rəsmən təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, Formula 1-dəki ikinci mövsümündə "Red Bull"a keçən fransalı pilot sərgilədiyi uğurlu çıxışla mütəxəssislərin rəğbətini qazanıb.

Bununla belə, 21 yaşlı sürücü çempionatdakı yay fasiləsi zamanı boks məşqində biləyindən aldığı zədə səbəbindən son üç yarışı buraxmalı olub. Hajar bu həftə baş tutacaq Azərbaycan Qran-Prisində bolidinə qayıdacaq.

Hazırda aktivində 71 xal olan İzak Hajar ümumi sıralamada 8-ci pillədə qərarlaşıb.