Karlus Prates növbəti döyüşünü İslam Maxaçevə qarşı keçirəcəyini bildirib. Braziliyalı idmançı bu qarşılaşmanın artıq razılaşdırıldığını və yalnız tarixinin dəqiqləşmədiyini vurğulayıb. Prates döyüşün dekabrda Las Veqasda olmasını istədiyini, lakin bunun baş verməyəcəyini düşünür. Onun sözlərinə görə, görüş böyük ehtimalla yanvarda baş tutacaq.
Offsideplus.az xəbər verir ki, Karlus Pratesin aktivində 24 qələbə və 7 məğlubiyyət var. Son 13 qələbəsini nokautla əldə edib. İslam Maxaçev isə 29 qələbə və 1 məğlubiyyətə malikdir, ardıcıl 17 döyüşdə qalib gəlib. İrlandiyalı İan Gerri isə bildirib ki, ürəyi Pratesin Maxaçevi nokaut edəcəyini deyir.


