Nikola Yokiç gələn yay NBA tarixinin ən böyük müqaviləsini əldə etmək şansı qazanacaq. "Denver Naqgets"in lideri 2027/28 mövsümünə aid oyunçu opsiyasından imtina edərək azad agent bazarına çıxarsa, 359,5 milyon dollar dəyərində beşillik müqavilə imzalamaq imkanı əldə edəcək.

Offsideplus.az xəbər verir ki, bu yay Yokiç "Denver Naqgets"lə 278 milyon dollarlıq dördillik maksimum müqavilə uzatması imzalaya bilər. Lakin serbiyalı mərkəz oyunçusu 2027-ci ildə azad agent kimi daha sərfəli şərtlərlə razılaşma əldə edə bilər. 359,5 milyon dollarlıq müqavilə NBA tarixində ən böyük məbləğ olacaq. Bu halda üçqat MVP-nin oyun müqavilələrindən ümumi qazancı 724 milyon dolları ötəcək.